Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşə bilər

azerbaycan-ve-ermenistan-xarici-isler-nazirleri-goruse-biler
Oxunma sayı: 976

Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın vaxtlarda görüşə bilər. "Qafqazinfo" xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Şərq Tərəfdaşlığı ölkələrinin 10-cu qeyri-formal görüşü çərçivəsində tədbirdə iştirak edən nazirlərin və nümayəndə heyəti başçılarının ümumi tanışlığı olub:

“Bunu görüş adlandırmaq olmaz. Ancaq razılıq ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin münaqişənin həlli ilə əlaqədar olaraq yaxın vaxtlarda görüşü keçiriləcək”.