Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş tarixi açıqlandı

azerbaycan-ve-ermenistan-xin-rehberlerinin-gorus-tarixi-aciqlandi
Oxunma sayı: 995

Xarici işlər naziri Elmar Məmmədyarov və erməni həmkarı Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) vasitəçiliyi ilə iyulun 11-də Brüsseldə görüşü keçiriləcək.

XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.