Azərbaycan və Ermənistan yenidən danışıqlara başladı

azerbaycan-ve-ermenistan-yeniden-danisiqlara-basladi
Oxunma sayı: 3694

Rusiyanın paytaxtı Moskvada Azərbaycan, Rusiya və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələri baş tutub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, tərəflər Azərbaycan-Ermənistan sərhədinin müəyyən ərazilərindəki gərginliyin azaldılması məsələsini müzakirə ediblər.

“İyunun 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin üçtərəfli məsləhətləşmələri keçirildi. Görüşdə Ermənistan və Azərbaycanın müəyyən sərhəd bölgələrində vəziyyətin deeskalasiyası yolları müzakirə edildi. İşçi əlaqələrin davam etdirilməsi ilə bağlı razılıq əldə olundu”, - deyə TASS-a danışan mənbə bildirib.