Azərbaycan və Kuba arasında yoldaşlıq görüşü - Fotolar

azerbaycan-ve-kuba-arasinda-yoldasliq-gorusu
Oxunma sayı: 831

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir.

Qafqazinfo” xəbər verir ki, XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar növbəti təlim-məşq toplanışını Göygöy Olimpiya İdman Kompleksində Kuba güləş yığmaları ilə birgə keçib.

Hazırlıqların son günündə Azərbaycan və Kuba sərbəst güləşçiləri arasında yoldaşlıq görüşü keçirilib.

Olimpiadada təmsil olunan 6 çəki dərəcəsində 9 qarşılaşmanın baş tutduğu yoldaşlıq görüşü Azərbaycan pəhləvanlarının 7:2 qələbəsi ilə başa çatıb.