Xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Qabrielius Landsbergis ilə təkbətək görüşüb.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə XİN-in tvitter səhifəsində məlumat verilib.
Daha sonra xarici işlər nazirlərinin başçılığı ilə Azərbaycan-Litva nümayəndə heyətlərinin geniş tərkibli görüşü olub.
***
Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, humanitar, təhsil sahələrində, habelə beynəlxalq platformalarda əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatın həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən Ermənistan tərəfindən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi, bölgədə sülh və təhlükəsizliyə təhdid törədən davranışları və digər məsələlər barədə məlumat verib. Nazir Bayramov, habelə bəzi Avropa ölkələri və beynəlxalq institutlar tərəfindən nümayiş etdirilən ikili yanaşmanın qəbuledilməz olduğunu bildirib və sonuncular tərəfindən Ermənistanda yanlış illüziyalar yaradacaq bəyanatların verilməsi və davranışın sərgilənməsinin bölgədə barışıq və sülh şəraitində birgə yaşayışa xidmət etmədiyini vurğulayıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.






Son xəbərlər
Son Xəbərlər