“Azərbaycan və Nigeriyaya yardım lazım olarsa...” - BVF

azerbaycan-ve-nigeriyaya-yardim-lazim-olarsa-
Oxunma sayı: 2888

“Azərbaycan və Nigeriyaya yardım lazım olarsa, Beynəlxalq Valyuta Fondu (BVF) qeyd-şərtsiz buna hazırdır”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə BVF-nin icraçı direktoru Kristin Laqard bildirib.

Onun sözlərinə görə, hər iki ölkə neftin qiymətinin aşağı düşməsindən zərər çəkib, lakin Azərbaycan böhrandan çıxmaq üçün düzgün addımlar atır:

“Azərbaycan düzgün fiskal yanaşma nümayiş etdirir, xərcləri azaldır və öz mövqeyini bərpa etmək üçün addımlar atır. Nigeriya hələlik lazımi islahatları həyata keçirə bilməyib”.