Daşkənddə Özbəkistan və Azərbaycanın media qurumları arasında memorandum imzalanıb.
Bu barədə “Qafqazinfo”ya Medianın İnkişafı Agentliyindən məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu” imzalanıb.
Memorandumu MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov və Özbəkistanın Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev imzalayıblar.

Son xəbərlər
Son Xəbərlər