“Jara” filminin qapalı premyerası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, gecəyə Filipp Kirkorov qızı Alla-Viktoriya və oğlu Martinlə, Emin Ağalarov oğlu Əli ilə, Deniz Klyaver həyat yoldaşı ilə, Anita Tsoy, Vadim Vernik, Maqomed Murtazaiyev, Aygün Kazımova, Cəfər Axundzadə, Dilarə Kazımova, Səmra Rəhimli, Ceyhun Zeynalov (Jin), Tural Əsədov, Emil Abbasov, Bah Tee, EL'MAN, Zomb və Ellai qatılıb.

Filmin baş prodüseri Emin Ağalarov, bütün qonaqları salamlayaraq, hər kəsə əla vaxt keçirməyi və Bakı yayının təkrarolunmaz atmosferinə, eləcə də “Jara” festivalının kulisinə qərq olmağı diləyib.
Qeyd edək ki, ekran işinin ideya müəllifi və prodüseri Timur Cəfərov, rejissoru Dunya Lisova, quruluşçu rəssamı Maksim Alipçenko, quruluşçu operatoru isə Vasili Rıjovdur.
Filmin çəkilişləri 2018-ci ildə “Jara” Beynəlxalq Musiqi festivalı çərçivəsində keçib. Məkan və çəkiliş vaxtının seçimi film yaradıcılarına bir neçə günlük Azərbaycan və Rusiyanın əsas ulduzlarını bir araya gətirmək üçün unikal imkan yaradıb. Bu da o deməkdir ki, filmdə rekord sayda məşhur yer alıb. Çəkilişlərdə Filipp Kirkorov, Nikolay Baskov, Qriqori Leps, Ani Lorak, Emin Ağalarov, Valeriya, İosif Priqojin, Timati, Eqor Krid və başqaları iştirak edib.
Film tezliklə tamaşaçıların ixtiyarına veriləcək.









Son xəbərlər
Son Xəbərlər