Azərbaycan və Rusiya XİN rəhbərləri görüşəcək

azerbaycan-ve-rusiya-xin-rehberleri-gorusecek
Oxunma sayı: 965

“Rusiya və Azərbaycanın XİN rəhbərləri Sergey Lavrovla Ceyhun Bayramov yaxın günlərdə İrəvanla Bakı arasında münasibətlərin normallaşması məsələsini müzakirə edəcəklər”.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib. 

Onun sözlərinə görə, nazirlər arasında görüş Ceyhun Bayramovun Rusiyaya səfəri çərçivəsində dekabrın 5-i baş tutacaq.