Azərbaycan və Serbiya Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirildi - Fotolar

azerbaycan-ve-serbiya-hokumetlerarasi-komissiyanin-6-ci-iclasi-kecirildi
Oxunma sayı: 983

Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri, xarici işlər naziri Nikola Selakoviç əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşüb. “Qafqazinfo” xəbər verir ki, təkbətək görüşdə ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Komissiyanın iclasında S.Babayev Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb: “2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamənin və 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının münasibətlərin inkişafına əsas yaradıb. Əlaqələrin ildən-ilə genişlənir. zərbaycan və Serbiya arasında ticarət dövriyyəsi ötən il 6,3%, bu ilin yanvar-may aylarında 55,4% artıb”.
S.Babayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində Zəfər qazandığını, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad etdiyini diqqətə çatdırıb: “İşğalçı Ermənistan tərəfindən dağıdılmış ərazilərin bərpası və yenidən qurulması prosesinin aparılır. Azərbaycana dost ölkələrin bu prosesdə iştirakının ölkəmiz üçün prioritet olduğunu, eləcə də Serbiya şirkətlərinin yenidənqurma işlərində fəal iştirak edəcəyinə əmindir”. 

O, Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin keçdiyi, logistika, nəqliyyat baxımından əlverişli coğrafi ərazidə yaradılmaqda olan Ələt Azad İqtisadi Zonasının mühüm əhəmiyyətini, həmin zonada yaradılacaq infrastrukturun investorlar üçün cəlbedici olacağını diqqətə çatdırıb.

N.Selakoviç Serbiyanın Azərbaycanla əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini və ikitərəfli münasibətlərin uğurlu inkişafının məmnunluq doğurduğunu vurğulayıb. N.Selakoviç iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin, habelə humanitar əməkdaşlığın dərinləşməsi üçün bu gün müəyyən olunan proritetlərin əhəmiyyətini və qarşılıqlı faydasını qeyd edib.

Sonra S.Babayev və N.Selakoviç Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokolu imzalayıblar.