Azərbaycan və Serbiya XİN rəhbərləri görüşdü - Fotolar

Azərbaycan və Serbiya XİN rəhbərləri görüşdü
Oxunma sayı: 811

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiya xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, nazirlər arasında təkbətək formatda başlayan görüş daha sonra geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Nazir Nikola Selakoviç beynəlxalq hüquq öhdəliklərimizi və bölüşdüyümüz dəyərləri qeyd edərək, hər iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünə dəstəyini vurğulayıb.

Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının, onun ardınca isə
Azərbaycan-Serbiya biznes forumunun Bakıda keçiriləcəyi qeyd olunub, bu tədbirlərin ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyindən inam ifadə olunub.

Nazirlər Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə bu ilin oktyabr ayında Belqrad şəhərində Hərəkatın ilk zirvə görüşünə ev sahibliyi edən ölkə qismində Serbiya, Hərəkatın hazırkı sədri qismində Azərbaycan tərəfindən tədbirin təşkil ediləcəyini və bu xüsusda aparılan hazırlıq işlərini məmnunluqla qeyd ediblər.