Azərbaycan və Türkiyə arasında yeni saziş layihəsi üzrə razılıq əldə edilib

azerbaycan-ve-turkiye-arasinda-yeni-sazis-layihesi-uzre-raziliq-elde-edilib
Oxunma sayı: 653

Sənədi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, iclasda hər iki ölkə vətəndaşlarının əmək, sosial müdafiə, məşğulluq və yaşayış icazələri məsələlərində qarşılaşdıqları problemlərin müəyyən edilməsi və həll edilməsi istiqamətində görüləcək tədbirlərin müəyyənləşdirilməsi məsələsi geniş müzakirə olunub.

İclasın nəticəsi olaraq, Azərbaycan və Türkiyə nazirlikləri arasında 5 may 1997-ci il tarixində Ankara şəhərində imzalanmış Əməkdaşlıq Sazişinin günün şərtlərinə uyğun olaraq yenidən işlənməsi və tərəflərin müvafiq ölkədaxili prosedurları rəsmi olaraq tamamlandıqdan sonra əlaqədar nazirliklər tərəfindən imzalanması barədə razılığa gəlinib.
Bununla yanaşı, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair yeni bir sazişin imzalanması qərarlaşdırılaraq, həmin saziş layihəsi üzrə razılıq əldə edilib. Tərəflərin müvafiq ölkədaxili prosedurları rəsmi olaraq tamamlandıqdan sonra həmin saziş imzalanacaq.