Azərbaycan və Türkiyə diasporları tarixi birgə araşdırır

azerbaycan-ve-turkiye-diasporlari-tarixi-birge-arasdirir
Oxunma sayı: 1050

2018-ci ildə "Diasporla iş sahəsində əməkdaşlığa dair anlaşma Memorandum"u imzalayan Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyənin  Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi eyni coğrafiyanı bölüşən, eyni mədəniyyəti və tarixi olan, eyni dildə danışan xalqlarımızın diasporlarının da birgə platformalar əsasında daha çox bir araya gəlməsi istiqamətində mühüm addımlar atır. 

Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün keçiriləcək “1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq” mövzusunda birgə onlayn konfrans da bu qəbildəndir.

Konfransda Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Abdullah Eren, eləcə də  tanınmış alimlər və 30-a yaxın ölkədən 100-dən çox diaspor gənci iştirak edəcək.

Görüşdə Azərbaycan və türk diaspor gənclərinin sualları da cavablandırılacaq.

“Bir millət, iki dövlət” prinsipi əsasında möhkəmlənən Azərbaycan Türkiyə münasibətləri diaspor hərəkatı müstəvisində Prezident İlham Əliyevin “bir millətin iki diasporu ola bilməz” fikri əsasında inkişaf edir və iki qardaş ölkənin diaspor təşkilatları yaşadıqları ölkələrdə də bu meyarlara söykənərək əməkdaşlıq edirlər.