Azərbaycan və Türkiyə millət vəkilləri Qarabağda xocavəndlilərlə görüşdü

azerbaycan-ve-turkiye-millet-vekilleri-qarabagda-xocavendlilerle-gorusdu
Oxunma sayı: 728

Rayon ictimaiyyətinin, o cümlədən gənclərin, müharibə veteranları və şəhid ailələri üzvlərinin qatıldığı mərasimdə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, millət vəkili Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin üzvü, “Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri İsmayıl Safi və “Avrasiya İqtisadi İlişkilər Dərnəyi”nin başqanı Hikmət Ərən, “Azərbaycan Bayrağı” ordenli əfsanəvi kəşfiyyatçı İbad Hüseynov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi sədrinin müavini Mübariz Hacıoğlu iştirak ediblər. Tədbirə, həmçinin Səbail rayon Gənclər və İdman İdarəsin təşəbbüsü ilə “Şahinlər sülh naminə Qarabağa doğru” devizi altında Xocavənd rayonunun Nərgiztəpə ərazisinə səfər etmiş gənclər də qatılıblar.

Tədbiri Xocavənd Rayon İcra Hakimiyyəti İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Şaiq Aslanov açıq elan edərək, rayon ictimaiyyəti ilə görüşün məramı və gün ərzində Xocavəndin qızğın döyüşlər getmiş ərazilərində öz canından keçmiş şəhidlərin, “Azərbaycan Bayrağı” ordenli əfasnəvi kəşfiyyatçı İbad Hüseynovun və silahdaşlarının minaya düşdüşkləri yüksəklikdə ucaldımış xatirə lövhəsinin ziyarət edilməsi, habelə Nərgiztəpədə keçirilmiş tədbir barədə qısa məlumat verib.

Qənirə Paşayeva, İmayıl Safi, Hikmət Ərən, Xocavənd rayonu şəhid ailələri adından Lyüdmila xanım Həsənova, Xocavənd rayon sakini, İbad Hüseynov və Eyvaz Hüseynov çıxış edərək uydurma erməni soyqırımından, Azərbaycan həqiqətlərindən bəhs edərək, bəzi ölkələrin bu məsələlərə ikili standartlarla yanaşdıqlarını qeyd edərək, bu ikili standartlar və ədalətsizliklərə etirazlarını bildiribər.

Tədbirin sonunda, tədbirdə iştirak edən Azərbaycan və Türkiyə millət vəkilləri, QHT rəhbərləri və KİV təmsilçiləri adından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanmış birgə müraciət oxunub.

Görüş əsnasında Qənirə Paşayevanın şeirləri əsasında xocavəndlilərin hazırladıqları “Ruham Qarabağlıdır” filminin təqdimat mərasimi də keçirilib. Filmin nümayişindən sonra Qənirə Paşayeva, İsmayıl Safi və “Xocavənd” qəzetinin redaktoru Gültəkin Ağayeva görüş və film haqqında öz təəssüratlarını bildiriblər.