Azərbaycan və Türkiyə pilotları birgə təlimdə - Fotolar

azerbaycan-ve-turkiye-pilotlari-birge-telimde
Oxunma sayı: 4232

“TURAZ Şahini – 2016” birgə taktiki-uçuş təlimləri davam edir.

“Qafqazinfo” xəbər verir ki, təlimlərin ssenarisinə əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.

Uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib.

Sonra türkiyəli pilotlar MiQ-29 qırıcı və Su-25 hücum, azərbaycanlı hərbi təyyarəçilər isə F-16 qırıcı təyyarələrində uçuşlar keçiriblər.

Təlimlər davam edir.