“Azərbaycan və Türkiyə qardaşlığı sarsılmazdır və bu birlik hər zaman davam edəcək!” - Təmraz Tağıyev

azerbaycan-ve-turkiye-qardasligi-sarsilmazdir-ve-bu-birlik-her-zaman-davam-edecek
Oxunma sayı: 1921

Aprelin 25-də Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağyevin Türk Dünyası Bələdiyyələr Birliyinin sədri Uğur İbrahim Altayla telefon danışığı baş tutub.

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” haqda bildirdiyi fikirlər kəskin qınanılmış, Azərbaycanın  hər zaman qardaş Türkiyənin yanında olduğu vurğulanıb.

Danışıq zamanı tarixi reallığı saxtalaşdırmaq, faktları danmağın mümkünsüzlüyü, Türkiyənin bu həssas məsələdə tərəfimizdən haqlı dəstəyə sahib olması qeyd edilib.

Bildirilib ki, Azərbaycan və Türkiyə qardaşlığı sarsılmazdır və hər zaman bu birlik davam edəcək!

Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!