Azərbaycan və Türkiyə Şurası toplanır

azerbaycan-ve-turkiye-surasi-toplanir
Oxunma sayı: 685

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç məlumat verib. Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edən Hulusi Kılıç bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkə arasında hərbi sahədə əməkdaşlıq gündən-günə genişlənir. Getdikcə güclənən Azərbaycan ordusu bölgənin ən güclü ordularından birinə çevrilib.

Azərbaycan və Türkiyə arasında imzalanacaq qaz sazişləri ilə bağlı suala cavab verən H. Kılıç bu məsələdə hər iki tərəfin mütəxəssiləri tərəfindən texniki məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb.