Azərbaycan və Türkiyə üz-üzə gələcək

azerbaycan-ve-turkiye-uz-uze-gelecek
Oxunma sayı: 1378

İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları davam edir.

Qafqazinfo” xəbər verir ki,Rusiya və Gürcüstana qalib gələn komandamız son görüşünü ABŞ idmançılarına qarşı keçirib.

Ümumi hesab 4:4 olsa da, texniki xallara görə 20:14 üstün ABŞ idmançıları finala yüksəlib. Qeyd etmək lazımdır ki, 74 kq çəki dərəcəsində hesabda öndə olan güləşçimiz Murad Süleymanova hakimlər tərəfindən qeyri-obyektiv qərarlar nəticəsində texniki məğlubiyyət verilib.

Yığmamız Türkiyə komandası ilə 3-cü yer uğrunda həlledici görüşə çıxacaq.