Azərbaycan və Türkiyə XİN başçıları Polşada görüşdü

azerbaycan-ve-turkiye-xin-bascilari-polsada-gorusdu
Oxunma sayı: 720

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Polşada görüşüb.

 “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ceyhun Bayramov tviter hesabında paylaşım edib.

“Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu ilə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində görüşdük. Ölkələrimiz arasında gündəlikdə duran məsələlər və gələcək addımlarımızı müzakirə etdik. Hər zaman bir yerdə”,-deyə Bayramov qeyd edib.