Azərbaycan və Türkiyə yığmaları qələbələrini birlikdə qeyd etdi - Foto

azerbaycan-ve-turkiye-yigmalari-qelebelerini-birlikde-qeyd-etdi
Oxunma sayı: 1894

Azərbaycan və Türkiyənin sərbəst güləşçilərdən ibarət yığmaları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatından sonra birlikdə foto çəkdirib. 

“Qafqazinfo” xəbər verir ki, 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan komandamız Avropa çempionu olub. 

Qitə birinciliyində 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən Türkiyə millisi isə 3-cü yeri tutub.

Komandaların təltifetmə mərasimindən sonra hər iki komandanın nümayəndə heyəti Zaqreb Arenada iki ölkənin dövlət bayrağı ilə birgə şəkil çəkdirib və növbəti dəfə dost və qardaşlıq mesajı verib.