“Azərbaycan vəkili”nin üçüncü sayı işıq üzü görüb

azerbaycan-vekilinin-ucuncu-sayi-isiq-uzu-gorub
Oxunma sayı: 10523


Jurnalda, həmçinin Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin qəbul etdiyi maraqlı qərarlar, ötən rüb ərzində Azərbaycan qanunvericiliyində baş vermiş mühüm yeniliklər, hüququn müxtəlif sahələri ilə bağlı yerli və beynəlxalq mətbuatda dərc olunmuş maraqlı xəbərlər, tanınmış hüquqşünasların həyat və faəliyyəti haqqında məlumatlar yer alıb.

İlk dəfə olaraq jurnalın 3-cü sayında “Vəkilin asudə vaxtı” adlı rublika yaradılmışdır. Bu rublikada tanınmış vəkillərin işdən kənar məşğuliyyətləri və hobbiləri haqqında məlumatlar öz əksini tapır.

“Sualınıza vəkil cavab versin” rubrikasında isə peşəkar hüquqşünasların müxtəlif hüquqi məsələlərlə bağlı vətəndaşların suallarına cavabları yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan hüquq tarixində ilk dəfə olaraq vəkillik fəaliyyətinə həsr olunmuş nəşr Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçməklə rüblük buraxılmaq üçün nəzərdə tutulub.


Jurnal "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin təşkilati dəstəyi ilə çıxmaqla Azərbaycanda insan hüquqlarının müdafiəsinə dəstək verəcək, vəkil peşəsinin hüquqşünaslar arasında təbliği ilə onun nüfuzunun artırılması, həmçinin gələcəkdə vəkillik sahəsində mövcud olan aktual problemlərin tədqiqi ilə vəkillik hüququ elminin inkişafına töhfə verəcək.