Azərbaycan velosipedçisi sonuncu oldu

azerbaycan-velosipedcisi-sonuncu-oldu
Oxunma sayı: 1169

Belarusun paytaxtı Minksdə keçirilən II Avropa Oyunlarında Azərbaycan velosipedçisi Sergey Omelçenko sonuncu olub.

"Qafqazinfo" xəbər verir ki, o, velosipedçilərin keyrin yarışının I mərhələsində ikinci yürüşdə mübarizə aparıb. Beş idmançı arasında sonuncu olan Omelçenko təsəlliverici mərhələdə qüvvəsini sınamalı olub.

İkinci yürüşdə üç nəfərlə mübarizə aparan velosipedçimiz yenə sonuncu olub. Beləliklə, S. Omelçenko yarımfinal şansını itirib.