Azərbaycan vətəndaşı donuz qripindən öldü - Rusiyada

azerbaycan-vetendasi-donuz-qripinden-oldu-
Oxunma sayı: 2071

Rusiyanın Yamal-Nen muxtar vilayətində Azərbaycan vətəndaşı donuz qripindən ölüb.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Noyabrks rayonunda baş verib. “Rospotrebnadzor”un Yamal-Nen Muxtar Vilayəti üzrə idarəsinin rəhbəri Lyudmila Neçepurenko deyib ki, 53 yaşlı Azərbaycan vətəndaşı virusa yoluxduqdan sonra bir həftə ərzində özünü müalicə ilə məşğul olub, vəziyyəti ağırlaşanda xəstəxanaya müraciət edib. Lakin virus xəstənin ağ ciyərlərini sıradan çıxardığı üçün onun həyatını xilas etmək mümkün olmayıb. Bu, vilayətdə donuz qripindən ikinci ölüm hadisəsidir. Hazırda vilayətdə AH1N1 virusuna 7 yoluxma halı qeydə alınıb. Yoluxanlar xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilib.