Azərbaycan vətəndaşları Ermənistana vizasız səfər edə bilər - Yenilənib

azerbaycan-vetendaslari-ermenistana-vizasiz-sefer-ede-biler
Oxunma sayı: 7309

Ermənistan Xarici İşlər Nazirliyinin saytındakı yenilik müzakirələrə səbəb olub. Modern.az xəbər verir ki, ölkəyə vizasız gəlməyə icazə verilən xarici ölkələr arasında Azərbaycanın da adı əlavə olunub.

“Qafqazinfo”nun Ermənistan XİN-in saytına istinadən məlumatına görə, tələbə əsasən, üzərində şəxsiyyətini təsdiq edən bütün müvafiq sənədlər olan Azərbaycan vətəndaşının Ermənistana girişinə və 180 gün müddətində qalmasına maneəsiz icazə verilir. Bundan əlavə, pasportun (diplomatik, adi, xidməti (rəsmi), xüsusi pasportlar və səyahət sənədi) Ermənistanda olduğu müddət ərzində etibarlı olması lazımdır.

Qeyd edək ki, Ermənistan XİN-in saytında Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin bərpa edilmədiyinə dair 2019-cu ilin qeydi də saxlanılıb.

***

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Trend-ə bildirib ki, Azərbaycan və Ermənistan arasında vətəndaşların səfərləri və vizadan azad olunma məsələləri barədə danışmaq üçün ilk növbədə dövlətlər arasında diplomatik münasibətlər qurulması vacibdir:

"Qeyd etmək istərdik ki, iki ölkə arasında gediş-gəlişi tənzimləyən hər hansı beynəlxalq müqavilə imzalanmayıb. Odur ki, hazırkı mərhələdə qarşılıqlılıq prinsipi əsasında vizadan azad etmədən danışmaq əsassızdır".