Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Bacarıqlı Əllər” adlı Rəsm Studiyasının şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi keçirilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, sərgidə Rəsm Studiyasının müəlliməsi Gilan Əzizxanlının 30 şagirdinin 120-dən artıq əsəri təqdim olundu. Rəsmlərdə uşaqlar nağılların, hekayələrin, şeirlərin qəhrəmanlarını öz təxəyülləri ilə canlandırmışdılar. Hətta eyni bir personaja hər bir uşaq öz fərdi baxışı ilə yanaşmış, onu öz təsəvvüründə canlandırdığı kimi ağ vərəq üzərinə köçürmüşdü.
Sərgidə Lətifzadə Leylanın “Qırmızı Papaq”, “Kirpinin düz sözü”, “Üç quzu”, Səttarzadə Aydanın “Mauqli nağılı”, “ Qırmızı Papaq”, “Qarğa və Bülbül” , “Cırtdanın nağılı”, İbrahimov Hüseynin “Три богатыря”, “Tıq-tıq xanım” , “Simurq quşu”, “Tülkü və Hacıleylək” , Cəfərli Aydanın “Siçan və Dəvə”, “Leylək və Bülbül”, “Arı” və.s. kimi rəsm əsərləri təqdim olundu.
Son xəbərlər
Son Xəbərlər