Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın Respublika Günü münasibətilə Sizi Tatarıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə və qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və uğurlar, Azərbaycan Respublikasına tərəqqi və firavanlıq arzulayıram. Qoy, əmin-amanlıq və vətəndaş həmrəyliyi ölkənizin inamlı gələcəyinin sarsılmaz təminatı olsun.
Sizi əmin etmək istəyirəm ki, Tatarıstan və Azərbaycan xalqları arasındakı dostluq ənənələrini gələcəkdə də qoruyub saxlamaq və möhkəmləndirmək əzmindəyik. Rusiya–Azərbaycan qarşılıqlı əməkdaşlığı çərçivəsində çoxtərəfli Tatarıstan-Azərbaycan əlaqələrinin inkişafını bundan sonra da dəstəkləyəcəyinizə inanıram.
Sizə və bütün Azərbaycan xalqına səmimi ehtiram və xoş arzularla”.
Son xəbərlər
Son Xəbərlər