“Azərbaycan xalqının yanındayıq...”

azerbaycan-xalqinin-yanindayiq
Oxunma sayı: 2588

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

"Qafqazinfo" prezidentin mətbuat xidmətinə isitnadən xəbər verir ki, o, cəbhə xəttində erməni işğalçı qüvvələrinin hücumlarının qarşısını qəhrəmancasına alarkən Azərbaycan əsgərlərinin və mülki şəxslərin həlak olması ilə əlaqədar dövlət başçısına və xalqımıza başsağlığı verib və Türkiyə dövlətinin və xalqının daim Azərbaycan dövləti və xalqının yanında olduğunu vurğulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib. Dövlət başçısı Abdullah Gülün Türkiyə Respublikası Prezidenti vəzifəsində çalışdığı illərdə və bu gün də Azərbaycan ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsində böyük rol oynadığını vurğulayıb.