Azərbaycan XİN Avropaya qeyri-qanuni idxaldan narahatdır

azerbaycan-xin-avropaya-qeyri-qanuni-idxaldan-narahatdir
Oxunma sayı: 722


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ticarət üzrə Avropa komissarı Sesiliya Malmströmün sədrliyi ilə keçirilən görüşdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.

Tədbirdə “Şərq Tərəfdaşlığı” ölkələri ilə Aİ arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Nazir müavini M.Məmməd-Quliyev tədbirdə çıxış edərək bildirib ki, Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayan nazir müavini ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib.

Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan məhsulların Avropaya qeyri-qanuni şəkildə idxal hallarından narahatlığını ifadə edən M.Məmməd-Quliyev bu halların qarşısının alınması məqsədilə Aİ tərəfindən zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.