Azərbaycan XİN başsağlığı verdi

azerbaycan-xin-bassagligi-verdi
Oxunma sayı: 5233

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mərkəzi Afrika Respublikasında (MAR) rusiyalı jurnalistlərin vəfatı ilə əlaqədar başsağlığı verib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Azərbaycan XİN-in rəsmi “Twitter" səhifəsində məlumat yayılıb.

Başsağlığında deyilir: “MAR-da faciəli şəkildə ölən rusiyalı jurnalistlərin doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, dünən MAR-da 3 rusiyalı jurnalist- Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenko öldürülüb.