Azərbaycan XİN başsağlığı verdi

Azərbaycan XİN başsağlığı verdi
Oxunma sayı: 1144

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanda baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in rəsmi tvitter hesabında məlumat verilib.

“Kerala ştatında təyyarə qəzası ilə bağlı xəbər bizi çox kədərləndirdi. Bu faciəvi təyyarə qəzasında yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı veririk. Yaralıların tez bir zamanda sağalmalarını arzulayırıq”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, ötən gün Hindistanın Karipur şəhərində “Air India” aviaşirkətinə məxsus təyyarənin sərt eniş etməsi nəticəsində 20 nəfər ölüb, 140-dan çox sərnişin xəsarət alıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi