Azərbaycan XİN Britaniya səfirinə cavab verib

azerbaycan-xin-britaniya-sefirine-cavab-verib
Oxunma sayı: 2449

“Azərbaycanda media Böyük Britaniyada olduğu kimi azad, demokratik, sabit və firavandır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Böyük Britaniyanın Bakıdakı səfiri Fergus Auldun “X” sosial şəbəkəsində paylaşımına cavab olaraq deyib. 

Onun sözlərinə görə, səfirin iddialarında ədalət və qərəzsizlik çatışmır.

Qeyd edək ki, səfir sözügedən paylaşımında Azərbaycanda mediaya məhdudiyyət qoyulduğunu iddia edib.