Azərbaycan XİN-dən Abxaziyadakı qondarma “parlament seçkiləri” ilə bağlı - Açıqlama

azerbaycan-xin-den-abxaziyadaki-qondarma-parlament-seckileri-ile-bagli
Oxunma sayı: 2708

“Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 12 mart 2022-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır”.

Bu barədə Azərbaycan XİN-dən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir.

“Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”, - deyə açıqlamada qeyd olunub.