Azərbaycan XİN-dən Rusiyaya başsağlığı

Azərbaycan XİN-dən Rusiyaya başsağlığı
Oxunma sayı: 783

Azərbaycan Xarici İşlər Nazirliyi Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyaya başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in tvitter hesabında paylaşım edilib.

“Rusiya xalqına, “Listvyajnaya” mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”, - deyə başsağlığında bildirilir.