Azərbaycan XİN Fransadakı terrora münasibət bildirdi

azerbaycan-xin-fransadaki-terrora-munasibet-bildirdi
Oxunma sayı: 861


“Qafqazinfo” Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-in Fransada baş vermiş terror aktına aid sorğusunu cavablandırarkən bildirib.

O, qeyd edib: “Bu terror aktı zamanı həlak olanların ailələrinə, Fransa xalqına dərin hüznlə başsağlığı veririk, yaralananların isə tezliklə şəfa tapmasını arzu edirik”.

H.Hacıyev deyib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir: “Heç bir halda terror əməllərinə bəraət qazandırıla bilinməz”.

XİN rəsmisi əlavə edib ki, Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini yaxından dəstəkləyir və bu mübarizəyə öz töhfəsini verir.