Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstana həmrəylik mesajına görə təşəkkür edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə nazirliyin tvitter səhifəsində edilən paylaşımda qeyd edilir:
“Tbilisidə televiziya qülləsini Azərbaycan bayrağının rəngləri ilə işıqlandıraraq Gürcüstan Azərbaycanla həmrəylik nümayiş etdirib. Təşəkkür edirik, dost Gürcüstan!”.
Qeyd edək ki, Gürcüstanın paytaxtı Tbilisidəki televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Son xəbərlər
Son Xəbərlər