Azərbaycan Xarici İşlər Nazirliyi İraqda xəstəxanada baş vermiş yanğınla əlaqədar bu ölkəyə başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda XİN-in tviter səhifəsində paylaşım edilib.
“İraqın Nəsiriyə şəhərində Əl-Hüseyin xəstəxanasında baş verən yanğın bizi dərindən kədərləndirdi. Yanğında həlak olanların ailələrinə və İraq xalqına öz başsağlımızı çatdırırıq. Bu çətin günlərdə İraq dövləti və xalqının yanındayıq”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, İraqın cənubunda Zikar vilayətində yerləşən İmam Hüseyn Tədqiqat Xəstəxanasında yanğın olub. Son məlumatlara görə, yanğın nəticəsində həlak olanların sayı 54-ə çatıb.
Son xəbərlər
Son Xəbərlər