Azərbaycan XİN İsrailə başsağlığı verdi

azerbaycan-xin-israile-bassagligi-verdi
Oxunma sayı: 1620

Azərbaycan Xarici İşlər Nazirliyi Safed şəhərinin yaxınlığındakı Meron dağı ərazisində Laq ba-Ömər bayramı zamanı baş vermiş faciə ilə əlaqədar İsrailə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tvitter hesabında paylaşım edilib.

“Meron dağındakı kütləvi Laq ba-Ömər tədbirindəki faciəvi qəza ilə bağlı xəbər bizi çox kədərləndirdi. Bu dəhşətli hadisədə həlak olanların ailələrinə və İsrail hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına şəfa diləyirik”,- deyə paylaşımda vurğulanıb.

Qeyd edək ki, Laq ba-Ömər bayramı zamanı tribunanın aşması nəticəsində azı 44 nəfər həyatını itirib, 100-dən çox insan xəsarət alıb.