Azərbaycan XİN Kuba hökumətinə başsağlığı verdi

azerbaycan-xin-kuba-hokumetine-bassagligi-verdi
Oxunma sayı: 1345

Azərbaycan Xarici İşlər Nazirliyi Kubada neft müəssisəsində baş vermiş yanğınla əlaqədar Kuba hökuməti və xalqı ilə həmrəy olduğunu bəyan edib.

"Qafqazinfo" xəbər verir ki, nazirliyin rəsmi tviter səhifəsində bu barədə paylaşım edilib.

Paylaşımda deyilir: "Kubanın Matanzas şəhərində neft müəssisəsində 17 yanğınsöndürənin itkin düşməsi və bir çoxunun yaralanması ilə nəticələnən yanğınla əlaqədar Kuba hökuməti və xalqı ilə həmrəylik ifadə edirik”.