Azərbaycan XİN Livana başsağlığı verdi

azerbaycan-xin-livana-bassagligi-verdi
Oxunma sayı: 1155

Azərbaycan Xarici İşlər Nazirliyi Livana başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tvitter hesabında paylaşım edilib.

“Beyrut limanında baş verən dəhşətli partlayışlarla bağlı xəbər bizi çox kədərləndirdi. Qurbanların ailələrinə, habelə Livan xalqına başsağlığı veririk. Yaralananların hamısının tez sağalmasını arzu edirik”,- deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, avqustun 4-də Beyrutda pirotexniki anbarda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan həlak olub, 4 mindən çox insan yaralanıb.