Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar bu ölkəyə başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, XİN-in rəsmi tviter hesabında edilən paylaşımda deyilir:
“10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar, faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əminamanlıq və rifah arzulayırıq”.
Son xəbərlər
Son Xəbərlər