Azərbaycan yenə Ukrayna və Rusiya sınağı qarşısındadır

azerbaycan-yene-ukrayna-ve-rusiya-sinagi-qarsisindadir
Oxunma sayı: 2137


Bir gün sonra isə sessiyanın müzakirə mövzusu Krımın işğalına görə Rusiyanın cəzalandırılmasıdır. Rusiyanın Avropa Şurası Parlament Assambleyasından tam uzaqlaşdırılması və ya səs hüququndan məhrum edilməsi təklif olunur.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Aydın Abbasov “Media forum” saytına deyib ki, Azərbaycan dövlətinin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi məlumdur: “Bu mövqe Xarici İşlər Nazirliyi tərəfindən səsləndirilib, BMT Baş Assambleyasında keçirilən səsvermədə ortaya qoyulub. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Əgər AŞPA-da da belə bir qətnamə səsverməyə çıxarılsa, dövlətimizin mövqeyini ifadə edəcəyik”.

Nümayəndə heyətinin üzvü, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev “Media forum” saytına bildirib ki, Krımın işğalına görə Rusiyanın cəzalandırılmasını nəzərdə tutan qətnamə layihəsi aprelin 10-da müzakirəyə çıxarılacaq. “Siz bu qətnaməyə səs verəcəksinizmi” sualına Sabir Hacıyev belə cavab verib: “Hələlik heç nə bilinmir. Bu, müzakirələr zamanı bilinəcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri məsələni öz aralarında müzakirə etməyiblər. Nümayəndə heyəti üzvlərinin necə mövqe tutacağını deyə bilmərəm”.