“Azərbaycan yeni bir demokratiya dastanı yaşadı”

azerbaycan-yeni-bir-demokratiya-dastani-yasadi
Oxunma sayı: 1679

“Nümayəndə heyətimiz 42 ayrı məntəqəni ziyarət edib. Bir sıra xarici ölkələrdə seçkilərdə müşahidəçi kimi iştirak edən bir şəxs olaraq deyə bilərəm ki, Azərbaycanda keçirilən seçkilərdə Avropa normalarının oxşarını müşahidə etdik. Məntəqələrdə ədalətli, şəffaf seçki prosesinin və seçici fəallığının şahidi olduq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Mərmərə Vəqfinin rəhbəri Akkan Suver deyib.

O, Azərbaycan qadınlarını seçkidə yüksək fəallıqla iştirakına görə təbrik edib. Suver müxtəlif yaş qrupundan olan vətəndaşların seçkiyə olan marağını vurğulayıb: “İnsanlar uzun növbələrdə səs vermək üçün gözləyirdilər. Qarabağ dastanından sonra Azərbaycan yeni bir demokratiya dastanı yaşadı. Seçki zamanı müşahidə etdiyimiz digər bir müsbət cəhət seçki məntəqələrində çalışanların insanlara gülərüzlə, mehribanlıqla yanaşmasıdır. Dünənki seçkilər tək Azərbaycan deyil, türk dünyası, Qafqaz üçün xeyirli gələcəyin nümunəsidir.

Seçkilərdə demokratiyanın bütün qaydalarına riayət edilib. Azərbaycanın işğaldan azad olunan ərazilərində seçki keçirilməsi hissini bizə yaşadan İlham Əliyevə Vəqfimiz adından təşəkkür edirəm”.

Günel İbrahimova