Azərbaycan yeni raket alacaq- - Fotolar

azerbaycan-yeni-raket-alacaq-
Oxunma sayı: 2019


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında «Oboronekspo-2014» sərgisində Rusiyanın Maşınqayırma Konstruktor Bürosunun nümayəndəsi Georgi Kuzık bildirib.

Yeni zenit-raket kompleksi (ZRK) köhnəlmiş «Strela-10» ZRK-lərin əvəz edilməsi üçün yaradılıb. Yaxın vaxtlarda sistemin seriyalı istehsalına başlanılacaq.

Yeni ZRK-də «Strela-10» kimi MT-LB maşınlarının şassisi üzərində yerləşir. Sistemin silahlanmasında «İqla-S» raketləri tətbiq olunur.

«Luçnik-E» ZRK-lərə Azərbaycanla yanaşı, Türkmənistan və Qazaxıstan da marağını ifadə edib.