“Azərbaycan yeni silahlar alır, Ermənistan isə Rusiyadan xeyriyyə gözləyir”

“Azərbaycan yeni silahlar alır, Ermənistan isə Rusiyadan xeyriyyə gözləyir”
Oxunma sayı: 3071

“Azərbaycan ötən il çox sayda yeni, o cümlədən, heç vaxt sahib olmadığı silahlar alıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu erməni hərbi ekspert Van Ambartsumyan “Pastinfo”nun efirində deyib.

“Azərbaycan 18 ölkədən silah alıb, Qarabağda yeni hərbi hissələr açıb, Ermənistan isə Rusiyanın öz silahlarından xeyriyyə yardımı kimi nə göndəcəyini gözləyir. Rusiya bəzən Ermənistana öz Silahlı Qüvvələrinə məxsus olan müxtəlif silahlar göndərir. Bu kifayət etmir”, - deyə Ambartsumyan bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında silah balansı pozulur.