Azərbaycan yenidən ÜGT-nin Maliyyə Komitəsinə üzv seçildi

azerbaycan-yeniden-ugt-nin-maliyye-komitesine-uzv-secildi
Oxunma sayı: 1261

Ümumdünya Gömrük Təşkilatının Brüsseldə yerləşən Baş qərargahında iyunun 28-dən keçirilən Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası bu gün başa çatıb.

Tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə nümayəndə heyətimiz iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu gün sessiyada büdcə və maliyyə məsələlərinin müzakirəsi və Ümumdünya Gömrük Təşkilatına seçkilər keçirilib.

Kunio Mikuriya yenidən Ümumdünya Gömrük Təşkilatının baş katibi, Enrike Kanonisə Gömrük Əməkdaşlıq Şurasının sədri seçilib.

Azərbaycan 2018-2019-cu illər üçün yenidən ÜGT-nin Maliyyə Komitəsinə üzv seçilib.

Bununla da sessiya öz işini yekunlaşdırıb.