Azərbaycan yığması 8 top vursa da...

azerbaycan-yigmasi-8-top-vursa-da
Oxunma sayı: 657

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ilk oyunda Portuqaliyaya məğlub olan yığmamız (1:4) bu görüşdə də eyni aqibəti yaşayaraq turnirlə vidalaşıb. Gərgin keçən matçın ilk dəqiqələrində komandamız 2 top fərqi ilə irəlidə olsa da, üstünlüyü qoruya bilməyib. 17 topun vurulduğu dramatik matç 9:8 hesabı ilə serblərin xeyrinə başa çatıb. Beləliklə, D qrupunda pley-offa vəsiqəni Portuqaliya və Serbiya yığmaları əldə edib.

23:30. Azərbaycan – Serbiya - 8:9
Qollar: Felipe, 1, 9, Rizvan Fərzəliyev, 9, Jadder Dantas, 11, 23, 32, Tyaqu, 34, Vidan Bojoviç-öz qapısına, 39 - Vidan Bojoviç, 6, 8, 29, 39, Slobodan Rayçeviç, 9, Mladen Koçiç, 22, 27, Vladimir Laziç, 23, Boyan Pavişeviç, 39
Hakimlər: Sebastyan Stavitski (Polşa), Françesko Massinini (İtaliya)
Zaqreb. “Zaqreb Arena”

Azərbaycan: 1. Andrey Tveryankin, 5. Felipe, 8. Rizvan Fərzəliyev, 14. Vitali Borisov, 18. Jadder Dantas.
Ehtiyat oyunçular: 12. Marat Salyanski (k), 3. İlkin Hacıyev, 4. Serrjao, 6. Alveş, 7. Rəcəb Fərəczadə, 19. Tyaqu, 15 Rüfət Balakişiyev.
Baş məşqçi: Joze Alesio Da Silva

Serbiya: 1. Miodraq Aksentiyeviç, 7. Slobodan Yanjiç, 8. Marko Prşiç, 10. Mladen Koçiç, 14. Slobodan Rayçeviç.
Ehtiyat oyunçular: 12. Nikola Yosimoviç, 5. Aleksandar Jivanoviç, 4. Vladimir Milosavaç, 5. Boyan Pavişeviç (k), 9. Vladimir Laziç, 11. Yovan Corceviç, 13. Vidan Bojoviç.
Baş məşqçi: Aca Kovaçeviç

Ceyhun Əhmədov