Estoniya yığmasının baş məşqçisi Tomas Haberli AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, 49 yaşlı mütəxəssis komandasının sabah “Dalğa Arena”da baş tutacaq görüşə hazır olduğunu söyləyib:
“Üzərimizdə adi təzyiq var. Qrupumuzdakı digər 3 komanda güclüdür. Azərbaycan yığması evdə yaxşı oynayır. Buna baxmayaraq, uğurlu nəticə qazanmağa çalışacağıq. Bütün komanda üzvləri sağlamdırlar. Heyətlə bağlı yekun qərarı bu gün axşam verəcəyik”.
Son xəbərlər
Son Xəbərlər