Azərbaycan yığması ilk dəfə DÇ seçmə mərhələsi matçına çıxır

azerbaycan-yigmasi-ilk-defe-dc-secme-merhelesi-matcina-cixir
Oxunma sayı: 1204

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində debüt edəcək. “Qafqazinfo” xəbər verir ki, milli DÇ-2027-nin seçmə mərhələsində ilk oyununu İsveçrə yığmasına qarşı keçirəcək.

Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv bu matçdan üç gündən sonra evdə Kosovo yığması ilə üz-üzə gələcək.

22:00 İsveçrə - Azərbaycan 

Azərbaycan: Zaur Paşayev, Kamran Məmmədov, Orxan Aydın, Ercan Donat, Ulaş Turqut, Sadettin Donat, Elşad Şirzadov, Endar Poladxanlı, Zak Leday, Əkbər Məmmədov, Amil Həmzəyev, Şirzad Şirzadov

A qrupunun digər oyununda Kosovo İrlandiyanı qəbul edəcək. Qarşılaşmaya 22:00-da start veriləcək. 

Qeyd edək ki, ikinci turda Azərbaycan millisinin Kosovoya qarşı görüşü fevralın 25-də “Sərhədçi” İdman Kompleksində baş tutacaq və saat 14:00-da başlayacaq.