“Azərbaycan yığması İran və Özbəkistana oxşayır”

azerbaycan-yigmasi-iran-ve-ozbekistana-oxsayir
Oxunma sayı: 981

Qətər millisi martın 9-da Azərbaycan yığması ilə yoldaşlıq matçı keçirəcək.

Qafqazinfo” xəbər verir ki, komandanın baş məşqçisi Jorje Fossati açıqlama verib. 64 yaşlı mütəxəssis millimizə qarşı hazırlıqlarından danışıb:

“Hazırda yaxşı vəziyyətdəyik. Azərbaycanla oyuna tam hazırıq. Hər şeyi nəzərə almışıq. Oyun bizim üçün əhəmiyyətlidir. Dünya çempionatının seçmə mərhələsinə hazırlıq üçün bu oyun bizim üçün çox vacibdir. İrana qarşı oyunda heyəti bu qarşılaşmaya görə təyin edəcəm. Bu qarşılaşmada əsas oyunçulara yəqin ki, 60-70 dəqiqə şans verəcəm. Azərbaycan millisi fiziki cəhətdən DÇ-2018-in seçməmərhələsində rəqiblərimiz İran və Özbəkistan yığmalarına oxşayır. Bu səbəbdən onlarla qarşılaşacağıq”.

Qeyd edək ki, Qətər və Azərbaycan milli komandaları arasında "Al Sadd" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Əlavə edək ki, Qətər yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 23-ü İranla, 5 gün sonra isə Özbəkistan millisi ilə qarşılaşacaq.