Azərbaycan yığması İspaniya ilə görüşəcək

azerbaycan-yigmasi-ispaniya-ile-gorusecek
Oxunma sayı: 638

Azerisport.az xəbər verir ki, hazırlıq çərçivəsində millimiz bu gün İspaniyanın Barselona şəhərinə yola düşəcək.

Hazırlığın qalan mərhələsini məhz bu ölkədə həyata keçirəcək qızlarımız İspaniya millisi ilə bir neçə yoldaşlıq görüşü keçirəcəklər.

İspaniyadakı təlim-məşq toplanışından sonra millimiz İtaliyanın Monza şəhərinə gedəcək. Xatırladaq ki, sentyabrın 23-də start götürəcək Avropa çempionatının final mərhələsi İtaliya (Monza) və Serbiyada (Zrenjanin) keçiriləcək. Avropa çempionu isə oktyabrın 2-də müəyyənləşəcək.